Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə bu gün Bakı şəhər Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin rəisi Anar Şıxəliyev işdən çıxarılıb
Politika.Az bildirir ki, moderator.az-a daxil olan məlumata görə, Anar Şıxəliyevin fəaliyyəti yoxlanılıb və o, işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.
Bu günlərdə paytaxtın bir neçə bölmə rəislərinə Daxili İşlər naziri Ramil Usubovun əmri ilə xidməti fəaliyyətindəki nöqsanlara yol verdikləri üçün şiddətli töhmət verilib. Bu sırada Anar Şıxəliyevin də adı var.
Bundan əlavə, Anar Şıxəliyev bir neçə ay əvvəl millət vəkili Zeynab Xanlarovanın gəlini onun avtomobilinə yol vermədiyinə görə qalmaqalla sonunclanan hərəkətə yol vermişdi, bu yaxınlarda isə tanınmış istirahət məkanlarının birində hadisə törətmişdi.
Onu da qeyd edək ki, Anar Şıxəliyev Sabirabadın keçmiş icra başçısı Vaqif Şıxəliyevin oğludur.