Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda yaşıllıq zonalarında tikilən evlər sökülür

Bakıda yaşıllıq zonalarında tikilən evlər sökülür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin yaşıllıq zonalarının qorunması və genişləndirilməsinə xüsusi diqqətlə yanaşır. Paytaxtın yaşıllıq zonalarındakı qeyri-qanuni inşaat işlərinin qarşının alınması üçün qanunvericilik çərçivəsində sərt mübarizə aparılmasının zəruriliyi barədə ölkə başçısı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıqlar verilib. 


 


O cümlədən vaxtilə paytaxtın Şıx çimərliyi ilə üzbəüz yerləşən və sabiq prezident Heydər Əliyevin iştirakı ilə salınmış “Dostluq” parkı ərazisindəki qeyri-qanuni tikililərin sökülməsi barədə göstəriş verilmiş, göstəriş 2000-ci illərin sonunda icra olunmuşdu. Təəssüf ki, sonradan həmin ərazidə yenidən qanunsuz tikinti aparılıb, ötən il təkrar olaraq bu tikililərin söküntüsünə başlanıb.


 


İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bundan əvvəl Bakının Suraxanı rayonu ərazindəki hərbi hissəsinin yaxınlığında yerləşən yaşıllıq zonasında, Sabunçu rayonu ərazisindəki Mərkəzi parkda, eləcə də Binəqədi və Nərimanov rayonu ərazilərində aşkar edilmiş qanunsuz tikililərin söküntüsü həyata keçirilib. Paytaxtda qanunsuz tikililərlə mübarizəyə digər dövlət strukturları da cəlb edilib, ötən il daxili işlər orqanları tərəfindən aparılmış əməliyyat zamanı yaşıllıq zonalarında qanunsuz torpaq alqı-satqısı aparmaqda şübhəli bilinən iş adamı saxlanıb.


 


Hazırda isə Binəqədi rayonu, Zərifə Əliyeva parkının yaxınlığındakı “Zeytunluq” deyilən yaşıllıq zonasında qeyri-qanunu tikilinin sökülməsinə başlanıb.


 


 



Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasında qeyd edilir ki, bundan sonra da paytaxtın ümumi memarlıq ansamblını pozan, ekoloji gərginlik yaranmasına səbəb olan qeyri-qanuni tikililər aşkarlandıqca onların söküntüsü davam etdirələcək, dövlət başçısının Bakını ekoloji baxımdan dünyanın ən gözəl və ən abad şəhərlərindən birinə çevrilməsi istiqamətində verdiyi tapşırıqlar yerinə yetiriləcək.

Teqlər:
Bu xəbər cəmi 1290 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR