Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
"Qafqazinfo"ya daxil olan məlumata görə, Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.
Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanmış, şəxsi heyət təlimatlandırılıb.