Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ziya Məmmədov 5 qəpiyin qurbanı oldu

Ziya Məmmədov 5 qəpiyin qurbanı oldu
Nazirin artıq tamahı “başını yardı” Gediş haqqını artırmaq cəhdi nəqliyyat nazirini az qala bitirəcəkmiş; Şahin Mustafayevin məruzəsindən sonra Məmmədova qəzəblənən dövlət başçısı onu möhkəm danlayıb və həddini aşmamağı tapşırıb...


Nəqliyyat naziri Ziya Məmmədov prezidentin qəzəbinə tuş gəlib. Buna səbəb Tarif Şurasının nazirliyin ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı təklifinə “yox” deməsindən sonra Z.Məmmədovun mediada qiymət artımının zəruriliyi ilə bağlı təbliğat aparması olub. Bu barədə “Yeni Müsavat”a hökumətdəki mənbələrdən məlumat daxil olub. 



Məlum olduğu kimi, Tarif Şurasının aprelin 26-da keçirilən iclasında Nəqliyyat Nazirliyinin şəhərdaxili və şəhərlər arası sərnişin daşımalarında gediş haqlarının artırılması təklifinə baxılıb və buna mənfi cavab verilib. Ancaq daxili oyun qaydalarını pozan Z.Məmmədov və onun müavini Musa Pənahov qiymətlərin artırılacağı anonsunu verməkdə davam ediblər.

Aprelin 29-da nəqliyyat naziri Z.Məmmədov mediaya açıqlamasında ictimai nəqliyyatda qiymət artımları ilə bağlı təkliflərin sərnişin daşınması ilə məşğul olan özəl şirkətlərin müraciətlərinə əsaslandığını qeyd etmişdi. Nazir qiymətin 30 qəpiyə çatdırılmasını təklif edirdi. Nazirin hesablamalarına görə, guya indiki qiymətlər daşınma xərclərinin maya dəyərini belə ödəmir (mənbə: APA).

Mayın 2-də isə nəqliyyat nazirinin müavini Musa Pənahov yenidən bu məsələyə qayıdıb və Bakı şəhərində ictimai nəqliyyatda gediş haqqının artımı ilə bağlı Nəqliyyat Nazirliyinin təkliflərinə Tarif Şurasında baxıldığını qeyd edib (mənbə: APA). Bildirmişdi ki, gediş haqqının artımı ciddi olmayacaq: “Nazirliyin müraciətində gediş haqqının 30 qəpikdən də aşağı olması təklif edilir. Bir qədər sonra nəqliyyatda ödəniş kartlarının tətbiqi nəticəsində hətta yuvarlaq olmayan (məsələn, 25 qəpik) məbləğləri də ödəmək çətin olmayacaq”. Bu da o deməkdir Nəqliyyat Nazirliyi qiymətlərin heç olmasa 5 qəpik artırılmasını təkid edirdi.

İctimai rəydə çaşqınlıq yarandığını görən Tarif Şurası mayın 3-də təkrar məlumat yayaraq qiymət artımları barədə söz-söhbətlərin əsassız olduğunu birmənalı şəkildə bəyan etdi (mənbə: APA). Şuranın məlumatında deyilir: “Azərbaycan Tarif (Qiymət) Şurasının aprelin 26-da keçirilmiş iclasında şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin tariflərinə baxılıb və tariflər dəyişdirilmədən əvvəlki səviyyədə saxlanılıb. Şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifi əvvəlki kimi 20 qəpik təsdiqlənib, şəhərətrafı və qəsəbələrarası marşrutlar isə mövcud tariflərə uyğun olaraq məsafələr üzrə qruplaşdırılıb. Hazırda Tarif Şurasında sərnişindaşıma xidmətlərinin tariflərinə baxılması məsələsi müzakirə olunmur və bu sahədə tarif dəyişikliyinin aparılması Şuranın gündəmində deyil”.

“Yeni Müsavat”ı bilgiləndirən mənbə məsələnin pərdəarxası məqamlarını belə izah edir: “İctimai nəqliyyatda gediş haqlarının artımı ilə bağlı nəqliyyat naziri Ziya Məmmədovla iqtisadi inkişaf naziri, Tarif Şurasının sədri Şahin Mustafayev arasında ciddi fikir ayrılığı olub. Hələ Tarif Şurasının 26 aprel iclasından öncə Z.Məmmədovun təkidlərinə baxmayaraq Ş.Mustafayev bu addımın əsassız olduğunu həmkarının diqqətinə çatdırıb. Ş.Mustafayev qiymət ekspertlərinin arayışına əsaslanaraq indiki tariflərin sərnişin daşınması ilə məşğul olan şirkətlər üçün əlverişli olduğunu bildirib.

Ancaq Z.Məmmədov bununla razılaşmayaraq təklifinin müzakirəyə çıxarılmasında təkid edib. Ş.Mustafayev bununla bağlı prezidentə məruzə edib və ondan dəstək istəyib. Prezident də öz növbəsində Ş.Mustafayevin mövqeyini müdafiə edib və gediş haqqını artırmamağı tapşırıb. Bundan sonra Tarif Şurasının məlum iclası keçirilib və Nəqliyyat Nazirliyinin təklifinə “yox” cavabı verilib. Ancaq bundan narazı qalan Z.Məmmədov, eləcə də onun müavini qiymət artımlarının zəruriliyi barədə mediaya açıqlamalar verməkdə davam edib. Bu səbəbdən də Ş.Mustafayev yenidən prezidentə Z.Məmmədovun özfəaliyyəti barədə məruzə edib.

Z.Məmmədovun özfəaliyyəti isə prezidenti möhkəm qəzəbləndirib, nəqliyyat nazirini möhkəm danlayıb və ona həddini aşmamağı tapşırıb. Bunun ardınca isə Tarif Şurasına gediş haqqının artırılmayacağı barədə açıqlama verməyi tapşırıb. Tarif Şurası da mayın 3-də yuxarıda məlum açıqlamanı verərək sərnişindaşıma xidmətlərinin tariflərinə baxılması məsələsi müzakirə olunmadığını və bu sahədə tarif dəyişikliyinin aparılmasının gündəmdə olmadığını xüsusi vurğulayıb".

Mənbə bildirir ki, Z.Məmmədovun özfəaliyyəti üç amilə görə hakimiyyətin üst qatında qəzəb doğurub: “Birincisi, qarşıda proqnozlaşdırılması çətin olan prezident seçkisi gəldiyindən hakimiyyət əhalinin dolanışığı ilə birbaşa bağlı olan qərarlarda ehtiyatlı mövqe tutub. Belə qərarlar yalnız əhalinin xeyrinə olduqda qəbul edilir, bu mümkün olmadıqda isə qərarların qəbulu seçkidən sonrakı dövrə saxlanılır. Z.Məmmədovun təklifləri isə hakimiyyətin bu kursu ilə tam ziddiyyət təşkil edir.

İkincisi, Tarif Şurasında təklifə “yox” cavabı verildikdən sonra yenidən qiymət artımları barədə danışmaq daxili oyun qaydalarına ziddir. Bu, siyasi kursa itaətsizlik kimi qəbul edilir və hakimiyyətdə ikitirəlik olması barədə təsəvvürlər yaradır.

Üçüncüsü, paytaxtda sərnişin daşınması ilə Ziya Məmmədova məxsus “Transgeyt” MMC, şəhərlərarası sərnişin daşınmaları ilə isə nazirin deputat qardaşı Elton Məmmədova məxsus “Bakı XXI ƏSR” MMC məşğul olur. Yəni nazir “özəl şirkətlər” dedikdə ailə üzvlərinə məxsus müəssisələri nəzərdə tutur. Şəxsi gəlirlərini artırmaq üçün siyasi hakimiyyətə problem yaratması hakimiyyətin üst qatında ciddi qəzəb doğurub. Böyük ehtimalla seçkidən sonra Z.Məmmədov bu əməlinin bədəlini ödəməli olacaq".



İqtisadiyyat şöbəsi


Teqlər:
Bu xəbər cəmi 2445 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR