Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mübariz Qurbanlı: “Azərbaycanda jurnalistlərə həmişə diqqət göstərilib"

Mübariz Qurbanlı: “Azərbaycanda jurnalistlərə həmişə diqqət göstərilib
“Azərbaycanda jurnalistikanın inkişafına, həmçinin mətbuatın azadlığına hər cür şərait yaradılıb”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist təşkilatının Azərbaycanla bağlı hazırladığı hesabata münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, jurnalistlərin təqib olunmaları, qətlə yetirilmələri və bu qətllərin üstünün açılmaması ilə bağlı sıyahıya baxdıqda Azərbaycan bu tip hadisələrin ən az baş verdiyi ölkələrlə bir pillədə dayanır: “Buna görə də, müxalifət tərəfindən mətbuat orqanlarında bu mövzunun şişirdilməsi, Azərbaycanla bağlı yenə də qərəzli mövqedə çıxış edilməsi yolverilməzdir. Əlbətdə, jurnalist əməyi qiymətləndirilir. O cümlədən də jurnalist fəaliyyəti dünyanın hər yerində müəyyən mənada təhlükəli sənət hesab olunur. Çünki, jurnalistlər məlumat əldə etmək üçün döyüş bölgələrində olur. Bundan əlavə ayrı-ayrı ölkələrdə jurnalistlər təyqizlərlə də üzləşirlər. Bunun qarşısını almaq üçün beynəlxalq miqyasda fəaliyyət göstərilir. Eyni zamanda, Azərbaycanda da jurnalistlərə qarşı diqqət həmişə mövcud olub. Prezident İlham Əliyev dəfələrlə jurnalistlərin fəaliyyətini dəyərləndirib. Bu gün Azərbaycanda jurnalistlərin fəalliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Müxtəlif mətbuat orqanlarına dövlət tərəfindən yardımlar, vergi güzəştləri edilir. Jurnalistlərin sosial məişət şəraitlərinin yaxşılaşdırılması üçün ciddi addımlar atılır. Belə bir şəraitdə “Sərhədsiz Repartyorlar” təşkilatının Azərbaycanla bağlı qərəzli bir mövqedən çıxış etməsi təbii ki, başa düşülən deyil”.

Teqlər:
Bu xəbər cəmi 1305 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR