Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 8-13, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.