Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident onları qəbul etdi

Prezident onları qəbul etdi


Azərbaycan prezidenti İlham Əliyev martın 14-də Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.



"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı Yan Hamaçek ilə həm Azərbaycanda, həm də Çexiyada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədrinin böyük nümayəndə heyəti ilə Bakıya səfərini iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələləri yenidən nəzərdən keçirmək, əlaqələrimizin inkişafına təkan vermək və gələcəkdə görülə biləcək işləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb.



Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını Prezident İlham Əliyevə çatdıran Yan Hamaçek dövlət başçıları arasında çox yaxşı qarşılıqlı təmasların olduğunu qeyd etdi. İkitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən Yan Hamaçek hər iki ölkənin prezidentlərinin bu əlaqələrin inkişafına böyük töhfə verdiyini vurğuladı. O, ölkələrimizin parlamentləri arasında da yaxşı əməkdaşlığın mövcud olduğunu bildirib.



Ölkəmizə sonuncu dəfə Bakıda keçirilən birinci Avropa Oyunları zamanı səfər etdiyini məmnunluqla xatırlayan qonaq Oyunların qısa müddət ərzində yüksək səviyyədə təşkili münasibətilə ölkəmizi və şəxsən Prezident İlham Əliyevi bir daha təbrik etdi. Bakının artıq Avropanın idman paytaxtına çevrildiyini qeyd edən Yan Hamaçek ölkəmizdə bu dəfə Formula 1 yarışlarının keçirilməsinin bunun daha bir göstəricisi olduğunu deyib.



Prezident İlham Əliyev Formula 1 yarışlarının Bakıda keçirilməsinin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışdı. Dövlətimizin başçısı bu yarışın tamaşaçı auditoriyası baxımından Yay Olimpiya Oyunları ilə eyni səviyyədə tutulduğunu qeyd etdi və tədbirin ölkəmizə olan marağı daha da artıracağına əminliyini bildirib.



Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparıldı, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən enerji, bank sektoru, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.



Dövlətimizin başçısı Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çexiya Prezidentinə çatdırmağı xahiş edib.


Teqlər:
Bu xəbər cəmi 1780 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR