Türkiyə mətbuatında yayılan xəbərə görə, ABŞ-da məşhur şokolad firması olan "Nestle" məhsulları geri çağırılır. Buna səbəb isə şokoladların içində şüşə qırıntısının olması ehtimalıdır.
Milli.Az xəbər verir ki, şirkətdən məsələ ilə bağlı geniş açıqlama verilməsə də, şüşə qırıntılarına görə zərərçəkən şəxsin olmadığı bildirilib.
Qeyd edək ki, geri qaytarılma ancaq ABŞ-a aiddir.