Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev ailəsində baş verən bədbəxt hadisədən danışıb.
“Qafqazinfo”nun məlumatına görə, o, aznews.az-a açıqlamasında hazırda xəstəxanada olduğunu deyib:
“Qəza zamanı nəvələrim də maşında olub. Lakin onların vəziyyəti yaxşıdır. Hazırda evdədirlər. Yeznəm də müayinə olunub, hazırda palatadadır, vəziyyəti normaldır. Bacımın vəziyyəti də düzəlmək üzrədir, qolundan əməliyyat olunub”.
Qeyd edək ki, Zərdab rayon İcra başçısı Lütfəli Babayevin bacısı Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib.
Yaralılar xüsusi vertolyotla Bakıya gətirilərək Gömrük Hospitalına yerləşdirilib.