Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Eynulla Fətullayevlə Elbrus Ərudun dueli - Video

Eynulla Fətullayevlə Elbrus Ərudun dueli - Video
147 və 148-ci maddələrinə dəyişikliklərin tətbiqinə münasibət fərqli olub


Eynulla Fətullayevlə Elbrus Ərud arasında qalmaqal yaşanıb. ANS PRESS-in məlumatına görə, ANS TV-nin "Açıq söhbət" verilişinin növbəti teledebatında Milli Məclisdə Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət müəyyən edən 147 və 148-ci maddələrinə gözlənilən dəyişiklik müzakirə edilib. "Cəza jurnalistdə nəyi dəyişir?" sualı üzərində qurulan mövzuda həbsdə yatmış jurnalistlə, qalmaqallı jurnalistin debatı qızğın mübahisə şəraitində keçib.



Maraqlıdır ki, hər iki şəxs mətbuat nümayəndəsi olmasına baxmayaraq, böhtan və təhqirə görə məsuliyyət müəyyən edən 147 və 148-ci maddələrinə dəyişikliklərin tətbiqinə münasibət fərqli olub. Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev qadağanın tətbiqini labüd hesab etsə də, qalmaqallı yazılarla məşhurlaşan “Qafqazinfo”nun rəhbəri Elbrus Ərud bununla qətiyyən razılaşmaq istəməyib. Gərgin şəraitdə keçən teledebat az qala jurnalistlərin dueli ilə nəticələnib.



Qeyd edək ki, Milli Məclis Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət müəyyən edən 147 və 148-ci maddələrinə dəyişikliklər etməyə hazırlaşır. Böhtan və təhqirə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihələri aprelin 30-da Milli Məclisin saytında və mediada açıqlanıb. Təklif edilən dəyişikliklərə görə internetdə böhtan və təhqirə görə, pul cəriməsi və ya azadlıqdan məhrumetmə cəzası verilə bilər. Cərimənin maksimal həcmi 1000 manat, azadlıqdan məhrum etmənin müddəti isə 3 il ola bilər.


Teqlər:
Bu xəbər cəmi 1915 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR