Füzuli rayonunundan olan məcburi köçkünlər üçün salınmış «Qayıdış» qəsəbəsi ilə bağlı maraqlı bir məqam ortaya çıxıb. Bəhram adlı rayon sakini JAM.AZ-a yazıb ki, Füzulinin icra başçısı Alı Alıyev dövlət büdcəsindən ayrılmış 11 milyon manatın başına elə bir oyun açıb ki, indi özü belə həmin oyunun əlində qalıb.
Belə ki, «Qayıdış» qəsəbəsinə gedən yolun çəkilməsi və təmiri üçün büdcədən ayrılmış 11 milyon manatın aqibəti indiyə qədər məlum deyil. Daha doğrusu, həmin pula nə yol çəkilib, nə də təmir işləri aparılıb. JAM.AZ-a məlumat verən Bəhram adlı oxucumuz qeyd edir ki, Füzulinin icra başçısı Alı Alıyev hal hazırda «Qayıdış» qəsəbəsinə getmək üçün 3 rayonun ərazisindən keçməli olur. «Alıyev qəsəbəyə geğmək üçün yol tapa bilmədiyindən, əvvəlcə Beyləqana, oradan Xocavəndə gedir, sonda da «Qayıdışa» gəlir».
Qarşı tərəfi də dinləməyə hazırıq.