Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə münasibətlərindən danışıb.
“Qafqazinfo”nun məlumatına görə, prezident Türkiyənin “TRT World” telekanalına açıqlamasında bildirib ki, Rusiya ilə vuruşmaq onun üçün xoşagəlməz hadisədir.
“Lakin dövlət başçısı kimi Ukraynanın təhlükəsizliyini təmin etmək borcumdur”, - deyə o söyləyib.
Prezident Rusiyanın Minsk danışıqlarının şərtlərinə əməl etmədiyini də vurğulayıb.