Xalq artisti Muxtar Maniyevin vəziyyəti pisləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ans press-ə Topçubaşov adına Elmi Tədqiqat Cərrahiyyə İnstitutunun reanimasiya şöbəsindən məlumat verilib. Hazırda onun vəziyyəti orta ağırdır.
“Muxtar Maniyev xəstəxanamıza səhər saatlarında gətirilib. Hazırda reanimasiyadadır. Ona sağ aşağı ətraflarında trofik xorası (qidalanmır) diaqnozu qoyulub. Bundan başqa, o, şəkərli diabet, mikro, makro, angipotia, artiskleroz və ensofolopotiya diaqnozlarından əziyyət çəkir”, - deyə tibb işçisi bildirib.
Qeyd edək ki, Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. Azərbaycanın kino aktyoru, Azərbaycanın xalq artistidir. O, 157 filmə çəkilib.