Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“HƏR ŞEYİ İNHİSARA ALMAĞIN SONU YAXŞI OLMAYACAQ”

“HƏR ŞEYİ İNHİSARA ALMAĞIN SONU YAXŞI OLMAYACAQ”
Fazil Mustafa: “Hakimiyyət bu metodla effektli idarəetməni uzun müddət həyata keçirə bilməyəcək” “Azərbaycanın maraqları təmsil olunan yerlərdə məhz müxalifət sözü olmadığı üçün çox məsələlərdə uduzuruq”


Seçki ilinin geridə qalan günlərində kifayət qədər qaynar hadisələr öz yerini həbslərə, cəzalandırma metodlarına verib. Hakimiyyət demokratik seçki mühitinin yaradılması zərurəti barədə demokratik təsisatların çağırışlarına hələ ki, bu sayaq cavab verməkdədir. Artıq mövcud vəziyyətin yaxşı perspektiv vəd etmədiyini deyən yalnız aparıcı müxalifət partiyaları, parlamentdən kənar siyasi qüvvələr deyil, eyni zamanda parlamentdə təmsil olunan partiya rəhbərləridir. Budəfəki müsahibimiz Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa da bu çağırışların müəlliflərindən biridir. 





- Fazil bəy, bu gün Azərbaycanın ictimai-siyasi gündəmində sizin üçün aktual olan məsələ nədir?



- Ən aktual məsələ Azərbaycanda hüquq sisteminin deformasiyaya uğraması ilə bağlı narahatçılıqdır. Bütün gündəmdə olan məsələlər, təbii ki, cəmiyyəti narahat edir. Amma bu narahatçılıqlar bir-iki gün içində səngiyə bilir, yaxud onun müəyyən həll yolları tapılır. Ya da onun müəyyən dərəcədə gündəmdən çıxarılması mümkün olur. Amma Azərbaycanda əsas problem, son vaxtlar baş verən hadisələr - “Binə”, İsmayıllı, eləcə də digər başqa məsələlərin kökündə duran hüquq sisteminin lazımi səviyyədə işləməməsi ilə bağlı problemdir. Bu baxımdan da fikirlərimizi daha çox bunun üzərində yönəltməyə çalışırıq ki, bu sahədə ciddi dəyişikliyə ehtiyac var. Xüsusilə də məhkəmə sisteminin həqiqətən də müəyyən islahatlar keçirilməsi ilə Azərbaycan cəmiyyətində ədalətə güvənin yaranması vacibdir. İstintaqla bağlı müddətlərin süni surətdə uzadılması, hər bir qurumun özünün istintaq orqanının yaradılması cinayət işlərinin obyektiv araşdırılmasını şübhə altına qoyur. Az qala hər nazirliyin özünün istintaq orqanı, akademiyası var. Bu, artıq ölkədə effektli idarəetmədən qaçma prosesinin sürətləndiyini göstərir. Bir azdan bölgələrin muxtariyyət tələbləri ilə deyil, ayrı-ayrı nazirliklərin, hətta ayrı-ayrı vəzifəli şəxslərin özləri üçün muxtariyyət tələbləri ilə qarşılaşsaq, təəccüblənməməliyik. Artıq bu, çox ciddi mənfi nəticələr doğurmağa başlayıb. İkincisi, iqtisadiyyatın önünün açılmaması, iqtisadiyyatın yenə də inhisarçılığın girovunda saxlanılaraq ölkədə işsizlik, yoxsulluq probleminin daha da kəskinləşməsi, bu problemlərin çözülməsi üçün real addımların atılmaması faktı var. Bunlar hamısı narahatedici məsələlərdir.



- Amma üzdə görünən və ya təqdim olunan budur ki, Azərbaycanın ən aktual məsələsi “Daş yuxular”ın daş-qalaq olunmasıdır...



- Əslində “Daş yuxular” məsələsində də mən, təbii ki, bir yazıçının yanlış və bəsirətsiz bir mövqeyini müsbət qəbul eləmirəm. Bu, böyük bir zərbə oldu. Bu, təkcə Azərbaycan insanının təhqir olunması ilə yadda qalmadı, həm də gələcəkdə bu məsələdə müəyyən rasional təkliflər ortaya sürə biləcək adamlar üçün də müəyyən çətinliklər yaratdı. Yəni insanları qorxutmağa başladı ki, bu istiqamətdə hər hansı ağlabatan təşəbbüslərlə çıxış etmək kütlə tərəfindən ciddi narazılıqla, təzyiqlə qarşılana bilər. Amma bu əsər hansısa səbəbin nəticəsi sayılmalıdır. Bu səbəbi ötən həftə yazdığım bir məqalədə göstərməyə çalışmışam. Azərbaycanda artıq siyasətin qısır qalmasından, siyasətin problemləri çözə bilməməsindən qaynaqlanan fərdi təşəbbüskarlıq hadisələri baş verir. Bu, Mübariz İbrahimovun da təşəbbüskarlığı idi ki, ordu bu problemi həll edəcək deyilsə, bir gizir ayağa qalxır və özü öz qərarı ilə həll edə biləcəyi qədər bunu həll edir. Siyasətin həll edə bilmədiyi məsələni bir yazıçı öz üzərinə götürür, naşı formada da olsa, bunu həll etməyə qərar verir. Sabah başqa sürprizlər də ortaya çıxa bilər. Bu, o deməkdir ki, siyasət o qədər dar çərçivəyə salınıb ki, məhdud sayda adamdan başqa kimsə ölkənin taleyüklü məsələlərinin həllində iştirakçılığa cəlb olunmur. Burda söhbət təkcə müxalifətin müzakirə mühitinə cəlb olunmasından getmir. Ola bilsin ölkədə siyasi münasibətlər o qədər kəskin olsun ki, müxalifət kənarda saxlanılsın. Siyasi elitanın özünün də bu funksional fəaliyyəti görməli olan adamları bu fəaliyyətdən kənarda saxlanılır ki, bundan təhlükəli bir şey yoxdur. Yəni heç nə müzakirə olunmur, amma hər şeyin qərarı verilir. Bu, artıq nə qədər yanlış qərarların ortaya çıxa biləcəyini göstərir. “Binə” hadisələrində bunun şahidi olduq. Bu, insanların siyasi motivlərlə etirazı deyil ki. Nazirlər Kabinetindən, İqtisadi İnkişaf Nazirliyindən səlahiyyət sahiblərini bu adamların problemlərini eşitmək üçün danışığa göndərmək əvəzinə, onları polislə üz-üzə qoymaq tamamilə yanlış siyasətin nəticəsidir. Ona görə də əslində siyasətin məhdudlaşması, qısır qalması bu problemləri yaradan əsas səbəbdir.

Bu mənada adamların üstünə yüklənərkən nəticəni qamçılamaqla problemləri həll etməyəcəyik, səbəbin üzərinə gedilməlidir. Ölkə demokratikləşməlidir. Ölkədə ən azı siyasətdə bu qədər məhdudiyyət olduğu halda, heç olmasa iqtisadiyyatın önü açılmalı, inhisarçılıq ortadan götürülməlidir. Neçə illərdir bizim ölkədə şəxsi maraqlara görə azad iqtisadi zona yaranmır, Türkiyə və İranla viza ortadan qalxmır. İranla sərhədyanı rayonlarda 45 km məsafədə insanlar ən azı viza almadan müəyyən ticarət və başqa məsələlər həyata keçirə bilirdilər. Vətəndaşın marağına zidd olaraq bu, ortadan qaldırılıb. Sanki alınan bütün qərarlarda bir niyyət açıqca özünü göstərir: necə edək ki, vətəndaşa çətinlik yaradaq? Hakimiyyət bu metodla, eyni üslubda effektli idarəetməni uzun müddət həyata keçirə bilməyəcək.



- Hakimiyyət təmsilçiləri adətən aparıcı müxalifətin dialoq çağırışlarına cavabında deyirlər ki, parlament müxalifəti ilə təmaslar, müzakirələr vaxtaşırı aparılır, onlar dinlənilir. Ancaq vaxtaşırı elə siz ciddi məsələlərə toxunur, islahatlara çağırırsınız, yaxud BAXCP sədri Qüdrət Həsənquliyev son həbslərin yanlış olduğunu bəyan edib hakimiyyəti islahatlara çağırıb. Görünən budur ki, hakimiyyət sizi, “konstruktiv” adlandırdığı qüvvəni də dinləmir, eşitmir. Sizcə, niyə?



- Tamamilə doğrudur. Özü də söhbət təkcə bizdən getmir. Siyasi elitada funksional cavabdehlik daşımalı olan insanların, peşəkarların belə fikirlərinin diqqətə alınması müşahidə olunmur. Bu, o deməkdir ki, hüququn tam mənada işləmədiyi, hər kəsin öz funksiyasını yerinə yetirməyə məsul olduğu sahədə söz sahibi olmadığı bir prosesin, zamanın içərisinə girməkdəyik. Bu, olduqca ciddi bir idarəçilik xaosu yaratmaqdadır. Məsələnin kökü budur. Ona görə də tək bu gün deyil ki, 7-8 ildir parlamentdəyik, stenoqramlarla tanış olsanız, vəziyyəti görəcəksiniz. Hakimiyyət hər zaman iddia edir ki, radikal müxalifət elə bir üslubda çıxış edir ki, qəbuledilməzdir. Anladıq. Qəbul edilən üslubda çıxış edən müxalifətin hansı təşəbbüsü ciddi səviyyədə qəbul olunur? Mənim xatırladığım bir odur ki, eks-prezidentlərin statusu ilə bağlı qanun qəbul olunmasında, Konstitusiyaya salınmasında mənim tərəfimdən səsləndirilən təşəbbüs eşidildi. Amma qalan məsələlərdə hələ indiyə qədər yüzlərlə təşəbbüs qaldırılıb, birinə reaksiya yoxdur. Bizim “İslahat” qrupu Konstitusiyaya dəyişikliklər layihəsini təqdim etmişik. Artıq beş il keçib, formal müzakirəyə belə çıxarmaq istəmirlər. Müzakirəyə çıxarın, fikirləri dinləyin, eybi yox, çoxluqla rədd edin, amma dinləyin. Yəni Azərbaycanda bu siyasi mədəniyyət mövcud deyil, hələ qəbul etmək bir tərəfə qalsın. Tutaq ki, İctimai Palata bir təklif göndərdi, dərhal bu təklifi “mənasız”, “lazımsız” bir şeyə çevirdilər. Açın, oxuyun, bəlkə nəsə faydalı bir şey tapacaqsınız. Bunu birbaşa rədd etmək artıq sivil idarəetmə formasından imtinadır.



- Müxalif fikri dinləməməyin fəsadları, sizcə, nədir?



- Bu gün zaman göstərir ki, xaricdə, Azərbaycanın maraqları təmsil olunan yerlərdə məhz müxalifət sözü olmadığı üçün çox məsələlərdə uduzuruq. Hətta Ermənistanın demokratikləşməsi səviyyəsinə çatmamışıq. Ermənistanda heç olmasa hakim partiya formal da olsa, ölkəni koalisiya ilə idarə edir, heç olmasa parlamentdə fraksiyalar var. Azərbaycan parlamentində fraksiya bir tərəfə, hətta parlament müxalifətinin hər hansı formada Məclis, komitə rəhbərliyində, Hesablama Palatasında təmsilçiliyi yoxdur. Tutaq ki, burada bir müxalifət təmsilçisinin olması nəyi dəyişərdi? Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında müxalifət təmsilçisi yoxdur. Dövlət Məhkəmə Hüquq Şurasında bir nəfər də olsun başqa partiyanın, YAP-a dəxli olmayan bir qüvvənin təmsilçisi yoxdur. Bunlar o deməkdir ki, hər şeyi inhisara almağın sonu yaxşı heç nə vəd etmir.



- “Binə”, İsmayıllı hadisələrindən sonra hakimiyyətin narahatçılığı müşahidə olunmaqla yanaşı, beynəlxalq təpkilərə baxmayaraq, zorakılığa üstünlük verilməsi prosesi də gedir. Siz ölkədəki situasiyanın perspektivləri haqda nə fikirdəsiniz, sərt üsullarla hakimiyyətin prosesləri öz xeyrinə tamamlaması mümkündürmü?



- Qərb müəlliflərindən birinin əsərində hakimiyyəti idarəetmə ilə bağlı 49 qanun göstərilir və orda tövsiyə olunan prinsiplərdən biri qalaqurmağın effekt verməyəcəyi anlayışıdır. Hakimiyyət daha çox qalaqurma prinsipini seçir, yəni özünə həddən artıq qapılaraq cəmiyyətdən izolyasiya olunmaq, ayrılmaq yoluna üstünlük verir. Bu isə effektli idarəetmə yolu deyil. Ola bilsin özünü qorumaq üçün müəyyən müddət bu formanı seçə bilərsən. Amma yenə də idarə edəcəyin, münasibət qurmalı olduğun, problemlərini həll etməli olduğun cəmiyyətdir, konkret insandır. Cəmiyyətlə də bütün məsələləri dialoqla həll etməyə üstünlük verilməlidir. Bu kimi məsələlərdə artıq ehtiyatlı olmaq lazımdır, bütün məsələlər polis məntiqi ilə çözülməz. Hakimiyyət xalqı inandıra bilsə ki, bizdə təlatümlə, qarışıqlıqla hər hansı bir proses başlasa, bunun qarşısını nəinki hakimiyyət, heç müxalifətlə bir yerdə cəmiyyət bütövlükdə ala bilməz - çünki cənubda da, şimalda da elə təhlükəli qüvvələr var ki, böyük problemlər yarada bilər - bəlkə bu oyun qaydalarını hamı razılıqla qarşılaya bilər. İqtidarda və ya müxalifətdə olmaq, kiminsə vətənini, dövlətini az və ya çox sevməsinin göstəricisi ola bilməz. İstisna adamlar var ki, xariclə müəyyən əlaqələrin hesabına nəyisə həll etmək istəyər. Amma kimliyindən asılı olmayaraq, müxalif fikirdə olan insanların da şəxsiyyətinə hörmət etmək lazımdır. Ondan sonra onlardan tələb etmək lazımdır ki, hakimiyyətdə olanların da şəxsiyyətini təhqir etmədən, problemləri qabardarkən insan ləyaqətinə toxunmadan təkliflərinizi verin və biz də bunu dəyərləndirək. Bax bu mühiti yaratmaq lazımdır, əks halda doğru çözüm yolu tapa bilməyəcəklər.



- İctimai Palatanın hakimiyyətə ünvanladığı, əslində ölkədə gərginliyin aradan qaldırılmasına yönəlik təkliflər paketini parlamentdə gündəmə gətirməyi düşünürsünüzmü?



- Hər kəs təklif etdiyi sənədin müdafiəsi yollarını özü daha çox düşünməlidir. Çünki İctimai Palatanın seçdiyi taktika əslində bizim tərəfimizdən yanlış taktika hesab olunur. Nədir bu taktikanın məğzi? Hakimiyyəti qəbul etmirəm. Eyni zamanda ölkədə hakimiyyətlə savaş içinə girmədən, qarşıdurmaya getmədən problemlərin demokratikləşmə yolu ilə həllinə çalışan çox sayda insanlar var. Bunlar hamısı hakimiyyəti təmsil etmirlər ki. Hakimiyyətə gəlmək iddiası olan qüvvələr bütün siyasi və iqtisadi subyektlərlə, hətta hakimiyyətdə təmsil olunan güclərlə münasibətlərdə o qədər korrekt olmalıdır, elə çağırışlar səsləndirməlidirlər ki, əks cinahdakılar onlara simpatiya ilə yanaşmasalar da, ən azı təhlükə mənbəyi kimi baxmasınlar. Təəssüf ki, bu çağırışlar səsləndirilmədi və İctimai Palata hamı ilə özü arasında məsafə qoymağa başladı. Hətta müxalifətin öz cinahında olan bir qrup qüvvələrə belə bu məsafəni qoydu. Belə bir vəziyyətdə onun hakimiyyətə gəlməsi əslində böyük bir çoxluq tərəfindən arzuolunmaz bir şeyə çevrilib. Yeridilən siyasət əslində qucaqlayıcı, hamıya normal yanaşa biləcək bir siyasət deyil. Bu marginal siyasi kurs böyük bir dəstək əldə edə bilmədi. Onlar bəri başdan bütün qüvvələrdən imtina etdilər. Öz cinahlarında Rəsul Quliyevdən imtina etdilər ki, biz səninlə bir yerdə deyilik. Parlament müxalifətindən imtina etdilər ki, guya siz hakimiyyətə yaxınsınız, sizinlə əməkdaşlıq etmirik. Hakimiyyətə də “sizə qarşıyıq, sizinlə əməkdaşlıq etmirik” əsas mesaj oldu. Hamıdan imtina, ola bilsin, prinsip olaraq onların özlərinə xoş gələ bilər. Amma bu, hakimiyyətə gəlmək üçün seçilən yol deyil. Bu, sadəcə, uzun müddət müxalifətdə qalıb, müxalifətçiliyi bir sənətə çevirmək üçün seçilən yoldur. Bu səbəbdən də onların tezisini bizim səsləndirməyimizin heç bir məntiqi izahı olmaz. Bizim demokratikləşmə ilə bağlı faktiki olaraq səsləndirdiyimiz tezislər İctimai Palatanın da hardasa müdafiə etdiyi dəyərləri ehtiva edir. Bizim konstitusiya islahatları ilə bağlı layihəmiz, korrupsiya ilə mübarizə ilə bağlı verdiyimiz təkliflərlə onların təklifləri arasında hansısa ziddiyyət görmürəm. Bizim təklifləri dəstəkləməyi özlərinə yaxın buraxmayan insanların hər hansı bir şəkildə bizdən də hansısa umacağı yoxdur deyə, biz də onlara hər hansı yaxınlıq göstərməyi düşünmürük. Aramızdakı məsafə bununla bağlıdır.



Elşad PAŞASOY


Teqlər:
Bu xəbər cəmi 1410 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR