“Yaxın Şərqlə Avropa arasındakı məsafə uzaq deyil. Hətta uzaq olsalar belə, ölkəsində yaşanan qarşıdurmalara görə ailəsini tərk etmək üçün köç edən insanların önünü kəsə bilməzsiniz”.
"Qafqazinfo" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən lV Qlobal Bakı Forumunda prezident İlham Əliyev Avropadakı miqrant böhranı haqda çıxışında deyib.
Prezident, həmçinin dünyadakı neft böhranına da diqqət çəkib və bildirib ki, Azərbaycanda neftdən sonrakı dövr başlayıb: “Bu, hasilatın azaldılması ilə bağlı deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə əlaqəlidir. Heç kim buna hazır deyildi. Biz aktiv şəkildə bunun zərərli təsirlərini azaltmağa çalışırıq. İndi maliyyə vəziyyətimiz normaldır. Büdcəmiz neftin barelli 25 dollar əsasında hesablanıb. Bizim Dövlət Neft Fondunda yetəri qədər rezervlərimiz var. Doğru istiqamətdə irəliləyirik.
Neft qiymətləri uzun zaman belə aşağı səviyyədə qalmayacaq. Avropada təbii qaza ehtiyac artacaq. Biz lazımsız rəqabətdən xilas olmalıyıq. Enerji və siyasətə fərqli baxmalıyıq ki, uğur qazana bilək”.