"Həzi Aslanov" stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib.
"Qafqazinfo" xəbər verir ki, bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. Sabahdan etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq.
Bir saylı eskalatorun aprelin 7-si sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.
"Bakı Metropoliteni" QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir.