Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İran 11 sentyabr qurbanlarının ailələrinə milyardlarla dollar ödəməli olacaq

İran 11 sentyabr qurbanlarının ailələrinə milyardlarla dollar ödəməli olacaq

İrandan 11 sentyabr terror aktında həlak olanların ailələrinə və sığorta şirkətlər qrupuna təzminatın ödənməsi tələb olunur. 


 


Moderator.az“forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun dairə hakimi Corc Deniels qərar qəbul edib.


 


Qərara görə, təzminantın məbləği 10,5 milyard dollardır. Bu məbləğin 7,5 milyard dollara yaxını Ümumdünya Ticart Məkəzində qüllələrdə və Pentaqon binasında həlak olanların ailələrinə ödənilməlidir.


 


Sığorta şirkətlərinə, o cümlədən 2001-ci ildə sentyabrın 11-də terror aktları nəticəsində meydana gələn sığorta hallarına görə ödənişlər edən “Chubb LTD”-yə İran 3 milyard dollar ödəməlidir.


 


Qeyd edək ki, hakim Deniels İranın Nyu-Yorkda, Vaşinqtonda və Pensilvaniya ştatında 2001-ci ilin sentyabrın 11-də terror aktları törədən 19 terrorçuya yardım etdiyinə dair ittihamlara cavab verə bilmədiyini etiraf edib. Bu terror aktları nəticəsində 2977 nəfər ölüb.


 


Beləliklə də hakim hesab edir ki, Tehran terror aktları tərəfindən vurulan ziyana görə məsuliyyət daşımalıdır.


 


Xatırladaq ki, 2001-ci ilin sentyabr ayının 11-də “Əl-Qahidə” terror qrupuna aidiyyatı olan 19 terrorçu dörd sərnişin təyyarəsini ələ keçiriblər. Hər qrup ilkin uçuş hazırlığını keçən minimum bir üzvə sahib idi.


 


Zəbt edilən təyyarələrdən ikisini onlar Manhettenin cənub hissəsində yerləşən Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə yönəltdilər.


 


Üçüncü təyyarə Vaşinqton yaxınlığında Pentaqon binasına istiqamətlənmişdi. Sərnişinlərin terrorçulara müqavimət göstərməyə çalışdıqları dördüncü təyyarə isə Pensilvaniya ştatında qəzaya uğradı.

Teqlər:
Bu xəbər cəmi 815 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR