Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rasim Əliyevi döyənlər - “Hazır deyilik, vaxt verin”

Rasim Əliyevi döyənlər - “Hazır deyilik, vaxt verin”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətli ilə bağlı təqsirləndirilən Elşən İsmayılov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.



“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə vəkillərin çıxışı davam etdirilib.



Təqsirləndirilən şəxslərin vəkilləri replika hüququndan istifadə edərək əlavə çıxış ediblər. Onlar bildiriblər ki, Rasim Əliyevin ölümündə birbaşa günahkar həkimlərdir.



Təqsirləndirilən şəxslərə son söz demək təklif olunub. Elşən İsmayılov deyib ki, çıxışını yazılı formada hazırlayır, bitirə bilməyib. Buna görə də məhkəmədən çıxış üçün vaxt istəyib. Digər təqsirləndirilənlər də çıxışa hazır olmadıqlarını, çıxış üçün vaxt istədiklərini deyiblər.



Hakim bildirib ki, onların çıxış üçün vaxt istəmək hüququ var: "Lakin məhkəmə bundan sui-istifadə halını çıxışdan imtina kimi də qiymətləndirə bilər".



Təqsirləndirilən şəxslər “burada bizim taleyimiz həll olunur” deyə cavab veriblər.



Məhkəmə prosesi martın 17-də davam etdiriləcək. Təqsirləndirilən şəxslərin son söz deyəcəyi gözlənilir.



Qeyd edək ki, ötən iclasda təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli çıxış edərək müvəkkilinin ittiham olunduğu 126.3-cü maddənin dəyişdirilərək 307-ci maddə ilə (cinayəti bilib xəbər verməmə) tövsif olumasını istəyib. Samir Mustafayevin vəkili Bəxtiyar Əliyev isə müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.



Xatırladaq ki, Prokuror ötən iclasda təqsirləndirlən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı Elşən İsmayılovun 14 il, Arif Əliyevin 14 il, Camal Məmmədovun 12 il, Samir Mustafayevin 11 il 6 ay, Kənan Mədətovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Teqlər:
Bu xəbər cəmi 1100 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR