Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Maşın bazarında bərbad durum - Hər ay 10 faiz ucuzlaşma

Maşın bazarında bərbad durum - Hər ay 10 faiz ucuzlaşma


Ötən ay Azərbaycanda ikinci əl avtomobil bazarında yenidən ucuzlaşma baş verib.



“Qafqazinfo” xəbər verir ki, avtomobil ekspertləri fins.az-a bildiriblər ki, yanvar ayı ilə müqayisədə fevralda qiymətlər yenidən ucuzlaşmaqda davam edib. Alıcı tapılmaması qiymətləri 10 % da aşağı salıb.



Badamdar avtomobil bazarından satıcılar bildirirlər ki, xaricdən ölkəyə biznes üçün demək olar ki, avtomobil gətirilmir. Satıcı Oley Şamxalovun sözlərinə görə, hazırda yanlız dövlət sifarişi ilə, ya da hansısa satıcı dostunun sifarişi əsasında avtomobil gətirir. Avtomobil bazarında durğunluq, alıcı tapılmaması hər gün qiymətləri bir qədər də aşağı salır. Ötən ay avtomobil bazarında qiymət 2-8 min manat arasında ucuzlaşıb.



“Lexus”, “Mitsubishi” və “Range Rover”ə baxan yoxdur



Satıcının sözlərinə görə, manatın ucuzlaşmasından sonra gəlirləri azalan əhalinin avtomobilə münasibəti də dəyişib. İri mühərrikli, ehtiyat hissələri baha olan, çox yanacaq işlədən avtomobilləri demək olar ki, alan yoxdur. Məsələn, 2006-cı ilin “Lexus LX350” modeli 21-22 min manata satılırdısa, hazırda bu avtomobil 13-14 min manata təlif edilsə də, alan yoxdur. Nəticədə 2004-cü il model “Lexus LX 330” avtomobili bir ay ərzində 14 min manatdan 11 min manata kimi ucuzlaşıb. O.Şamxalov bildirib ki,ötən həftə 2004-cü il model “Range Rover” avtomobilinin sahibi onu 12 min manata təklif etsə də, sonda 10 min manata satmağa məcbur oldu. İri mühərrikli modellər sırasında “Mitsubishi”lərin də qiymətləri enməkdə davam edir. Məsələn, 2015-ci il model 3.8 l mühərrikli “Mitsubishi Pajero” 38 500 dollardan 35 min dollara qədər ucuzlaşıb.



“Passat”ı buna görə alımırlar



Satıcıların sözlərinə görə satılmayan modellər sırasında 2012-2013-cü il model “Volksvagen Passat” avtomobilləri də var. Bu avtomobillərin ehtiyat hissələrinin baha olması və diskomfort olması alıcılarını itirməsinə səbəb olub. Nəticədə qiymətlərdə 5 min manata qədər enmə müşahidə edilir. Məsələn, yanvar ayında 12-13 min manata satılan eyni model indi 8-9 min manata kimi ucuzlaşıb.



“Hyundai” və “Nissan”da 4-7 min manat ucuzlaşma



Avtomobillərin ucuzlaşması bazarla yanaşı elektron satışlarda da müşahisə edilir. Belə ki, avtomobil elanı saytlarında da qiymətlərdə ucuzlaşma müşahidə edilir. Alsat.az saytının rəhbəri Vaqif Hüseynov deyir ki, hər gün 500-dən çox avtomobil elanı yerləşdirilsə də, alıcı tapılmır. Nəticədə “Lexus”dan “Nissana” qədər bütün avtomobillər fevral ayında ucuzlaşmaqda davam edib. Məsələn, yanvar ayında 2011-2013-cü il model “Hyundai İX35” modeli 15 min dollara satılırdısa, hazırda son qiymət 8 min dollar təşkil edib. “Nissan” modelləri isə 4 min manata kimi ucuzlaşıb. 2006-2013-cü il model “Nissan Murano” avtomobilləri yanvar ayında 11 manata təklif edilirdisə, indi 5-7 min manata bu avtomobili alan yoxdur.



Ən çox alınan “Mercedes”, “Vaz” və “Opel”lərdir



Satıcılar bildirirlər ki, hazırda daha çox alınan avtomobillər 5-15 min manatlıq “Mercedes”lər,“Vaz” və köhnə“Opel”lərdir. Bu da həmin avtomobillərin və ehtiyat hissələrinin ucuz başa gəlməsi, daha davamlı olması ilə bağlıdır. O.Şamxalovun sözlərinə görə, bir ayda bazarda cəmi 40-50 avtomobil satılır. Bu avtomobillərin 25-i “Vaz”, 12-si “Mercedes”, 3-4-ü isə “Opel”dir. Amma ümumi ucuzlaşma bu avtomobillərində qiymətlərinə təsir göstərib. “Mercedes” və “Vaz” avtomobilləri 700-1000 manata yaxın ucuzlaşıb. Məsələn, 1.8 mühərrikli 1998-ci il model “Mercedes”əvvəl 7 min manata satılırdısa, hazırda 6300-6500 manata təklif edilir. Son vaxtlar məşhur olan “Lada Priora”lar 6500 manatdan 5500 manata kimi ucuzlaşıb. Furqon 1995-2002-ci il model 1.6-1.8 l mühərrikli “Opel”lər isə 1500-4000 manata satılır.



Ucuzlaşma mart ayında da davam edəcək



Avtomobil ekspertləri bildirirlər ki, avtomobil qiymətlərində ucuzlaşma son deyil. Belə ki, mart ayında dolların yenidən bahalaşmağa başlaması və “Novruz bayramı” ilə əlaqədar bazar uçurma doğru irəliləməkdə davam edəcək. Ekspertlər hesab edirlər ki, belə vəziyyətdə insanlar daha ehtiyyatlı davranmağa çalışırlar.Yəni avtomobil almaq istəyənlər əl saxlayır, pulu dollara çevirməyə başlayırlar.


Teqlər:
Bu xəbər cəmi 655 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR