Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

RAYON RABİTƏ QOVŞAĞINDA MİLYONLARI KİMLƏR MƏNİMSƏYİB? – Şok faktlar

RAYON RABİTƏ QOVŞAĞINDA MİLYONLARI KİMLƏR MƏNİMSƏYİB? – Şok faktlar


Milyonluq villaları, bahalı avtomobilləri olan Nəriman Salmanov kimdir?



Adı artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki banda ilə birlikdə adı çəkilən məmurlardan biri də Sabunçu Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovdur. Onunla bağlı mətbuatda bir müddətdir məlumatlar yayılır.

İddialara görə, N.Salmanovun Eldar Mahmudovla birbaşa əlaqəsi olub. Bu əlaqənin konkret hansı maraqlar üzərində qurulduğu müəmmalı olsa da, işin mahiyyətində birgə əməkdaşlığın olduğu dəqiq məsələdir.

vidadiN.Salmanov bu əlaqəsindən geniş şəkildə yararlanmağı bacarıb. Onun hazırda “MTN işi”nə görə həbsdə olan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla münasibətləri ən yüksək səviyyədə qurulub. Təbii ki, E.Mahmudovun dəstəyi sayəsində.

N.Salmanovun istəyi daha böyük olub. O, keçmiş rəhbəri- “MTN işi”nə görə həbsdə olan BTRİB-in rəisi Beytulla Hüseynovun postuna iddia edirmiş. Daha doğrusu, V.Zeynalov onu bu məsələdə qızışdıran tərəf imiş. Mətbuatda yazılanlara görə, hətta həmin vəzifəyə təyinat alması üçün 500 min manatın lazım olduğunu bildirib və həmin pulu N.Salmanovdan alıb da.

Sadəcə, qovşaq rəisinin planının pozulmasının səbəbkarı da E.Mahmudov olub. Bir neçə ay bu postda rəis əvəzi kimi qalsa da, sonradan E.Mahmudov qohumu Beytulla Hüseynovun həmin vəzifəyə təyin olunmasına nail olub. Salmanova isə Sabunçu TŞ-nın rəisi vəzifəsi ilə yetinməyi məsləhət biliblər.

Bu gün N.Salmanovla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Qaynar.info-ya məlumat verən mənbə bildirir ki, o, Yasamal Telekommunikasiya Qovşağının rəisi işlədiyi dövrdə 1,5 milyon manatlıq yeyintiyə yol verib. Sonradan bu işin üstü açılıb və Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. N.Salmanov isə özünü xilas etmək üçün həmin vaxt qovşaqda Baş mühasib işləyən Elbəniz adlı işçisini qurban verib.

скачанные файлыNəriman Salmanov mühasibə deyib ki, “sən bütün məsuliyyəti üzərinə götür, mən səni xilas edəcəm”. Nəticədə Elbəniz evini və bütün əmlakını satmalı olub. Lakin N.Salmanov vədinin üstündə durmayıb. Keçmiş mühasib bu günlərdə məhkəməyə müraciət edərək 1,5 milyonluq yeyintinin onunla yox, N.Salmanovla bağlı olduğunu bildirib. Hazırda iş məhkəmə tərəfindən araşdırılır.

Mənbə bildirir ki, N.Salmanovun 1,5 milyon manatlıq yeyinti faktından Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan Aparat rəhbəri Vidadi Zeynalov da xəbərdar olub və cütlük bu faktları keçmiş nazir Əli Abbasovdan da gizlədib.

Maraqlıdır ki, həmin yeyinti faktlarından xəbərdar olan və hansısa formada subutlara sahib olan əksər şəxslər son günlər BTRİB-dən və Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) kənarlaşdırılır.

Onlardan yalnız biri – Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) texniki direktoru Razi Tağıyev vəzifədə qalıb. Razi Tağıyev buna qədər “Aztelekom”da – hazırda həbsdə olan köhnə komanda ilə birlikdə işləyib, qurumun Marketinq və Xidmətlərin satışı departamentinin rəhbəri vəzifəsində çalşıb. Beytulla Hüseynovun həbsindən sonra BTRİB-ə texniki direktor təyin olundu və yeni rəis- cəmiyyətə hələ adı heç nə ifadə etməyən Rövşən Əliyev bu posta gətirilənə qədər həm də rəis əvəzi oldu. Mənbə iddia edir ki, hazırda da Rövşən Əliyevin bu sahəyə az bələd olması və yeni olmasından bəhrələnən Razi Tağıyev qurumun faktiki rəhbərliyini də öz əlinə keçirib. Nəriman Salmanovla yaxın münasibətləri isə həm də ikincinin bu quruma təsir imkanlarını artırıb. Nəticədə son günlər BTRİB-də baş verən bir çox kadr dəyişikliklərinin arxasından da Salmanovun dəst-xətti hiss olunur.

Rabite Nazirliyi110506-1-bigQeyd edək ki, RYTN-nin tabeliyində ən böyük telekommunikasiya qurumlarından olan BTRİB Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə bütün növ telefon, genişzolaqlı internet, radiorabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərir.

BTRİB-in strukturuna 7 Avtomat Telefon qovşağı, Bakı Kabel Qovşağı, Bakİnternet və AzEvroTel dövlət provayderləri və digər rabitə qurumları daxildir.

Araşdırmamızın da məqsədi dövlət təhlükəsizliyi konteksində böyük strateji əhəmiyyəti olan belə bir qurumun daxilində baş verən şübhə doğuran prosesləri ictimailəşdirmək, yerində olmayan təsadüfi kadrları üzə çıxarmaqdır.

Qeyd etdiyimiz kimi, BTRİB-in strukturuna 7 Avtomat Telefon qovşağı daxildir. Bunlardan birinin- Sabunçu TŞ-nın rəisi olan Nəriman Salmanov heç də yaxşı münasibətlərdə olmadığı digər qovşaq rəislərinin əksərinin işdən azad olunmasına nail olub. Halbuki az qala bütün instansiyalarda haqqında araşdırmalar aparılan N.Salmanov ilk azad olunacaq məmur olmalı idi. Amma o hələ də vəzifə başındadır. Bəs bu illər ərzində Salmanov öz vəzifəsinin öhdəsindən necə gəlib?



Bir müddət əvvəl Sabunçu Telefon Qovşağının bir qrup xanım işçisi ölkənin aparıcı media qurumlarına idarə rəisi Nəriman Salmanovla bağlı şikayət ünvanlamışdılar. İşçilərin Lent.az-a ünvanladığı şikayətə əsasən, 2010-cu ildən Sabunçu Telefon Qovşağının rəisi vəzifəsində işləyən Nəriman Salmanovun gün ərzində fəaliyyəti ancaq iş otağında internet oyunları oynamaqdan və günün sonunda işçilərin əhalidən yığdıqları qanunsuz “planı” gözləməkdən ibarətdir. Şikayətdə qeyd edilir ki, N. Salmanov qovşağın bütün işçilərini sənədləşmələrə görə (yeni çəkiliş, addan-ada keçirilmə və s.) abunəçilərdən dövlət rüsumundan əlavə haqq da tələb etməyə məcbur edir.

“Qovşaqda hər kəsə plan qoyulub. Abunəçilərdən gün ərzində alınmış əlavə pullar şöbə rəisləri və ATS mühəndislərində toplanaraq, günün sonunda Nəriman Salmanovla bölüşdürülür. Hər gün iclas keçirilir. Planı yerinə yetirməyən şəxslər rəis tərəfindən cəzalandırılır və ya işdən qovulmaqla hədələnirlər”.



скачанные файлы (1)Qaynar.info-nu məlumatlandıran mənbənin bildirdiyinə görə isə BTRİB-in həbsdə olan sabiq Baş direktoru Beytulla Hüseynovla Nəriman Salmanovun ortaq yeyinti faktları da hazırda istintaq tərəfindən araşdırılmaqdadır. Məlum olub ki, qovşaq rəhbəri hər il Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsinin balasına guya tikinti və təmir işləri üçün milyonlarla manat vəsait köçürüb. Mənbənin məlumatına görə, bu vəsaitlərin 5 faizi qismində isə B.Hüseynovdan “hədiyyə” alırmış.



 



Gəncə, Yasamal və Sabunçu Telekommunikasiya Qovşaqlarına, həmçinin BTRİB-ə rəhbərlik etmiş N.Salmanov bu illər ərzində dövlətin əmlakını talamaqla özünə yaxşı var-dövlət yığıb. Qaynar.info-ya məlumat verən mənbə bildirir ki, qovşaq rəhbərinin əmlakının sayı-hesabı bilinmir. N.Salmanovun “Şəhrizad” adlı gözəllik salonları, Yasamal və Nizami rayonunda milyonluq villaları, qarajında “Ford”, “Lexus”, “Mercedess 600″ və s. bahalı avtomobilləri var. Bir çox insanın həftələrlə ətə həsrət qaldığı indiki vaxtlarda saxladığı cins itinə – “ovçarka”sına gündə 4-5 kilo ət yedizdirir. “Aztelekom”da işləyən oğluna iki gün toy etdirməklə isə dillər əzbəri olan N.Salmanovun bir çox digər xobbiləri haqqında da məlumatlar əldə etsək də. ictimailəşməsini hələlik vacib bilmirik.


Teqlər:
Bu xəbər cəmi 4380 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR