Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın keçmiş prezidenti Viktor Yuşenkonu qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.
Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edilib.