Bu gün səhər saatlarında Bakının mərkəzində intihara cəhd olub.
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının yaxınlığında, Filarmoniya bağında şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.
O, xəstəxanaya yerləşdirilib.
Özünü yandıran şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.