Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

““Formula-1” azarkeşlərini Bakıda unudulmaz anlar gözləyir”

““Formula-1” azarkeşlərini Bakıda unudulmaz anlar gözləyir”


“Bakıda olmaqdan böyük məmnunluq hissi keçirirəm. Üç dəfə Avropa Qran-pri yarışlarının qalibi adını qazanmışam. Sonuncu dəfə Berlində təşkil olunan Avropa Qran-prisində fərqlənmişəm. Azərbaycanda ilk dəfədir belə yarış təşkil edilir. “Formula-1” Avropa Qran-prisinin səfiri kimi Bakıda olmaq mənim üçün çox xoşdur” .



“Qafqazinfo” AzərTAC-a istinadən xəbər verir ki, bu fikirləri 2016-cı ilin iyununda Azərbaycanda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının idman elçisi, “McLaren Honda” komandasının pilotu, ikiqat dünya çempionu Fernando Alonso martın 8-də Bakıda mətbuat konfransında səsləndirib.



İspaniyalı pilot deyib: “Bütün həmkarlarım adından demək istəyirəm ki, burada sürətli yürüşə çıxmaqdan məmnun olacağıq. İdman həvəskarları adətən bu yarışları televiziya vasitəsilə izləyirlər. Ancaq yarışı canlı gördükdə tamamilə başqa hisslər yaranır. Bakıda bununla bağlı gözəl infrastruktur, otellər və imkanlar var. Trasla tanış olmuşam. İyunda gözəl yarışa şahidlik edəcəksiniz və bütün azarkeşləri unudulmaz anlar gözləyir”.



Avropa Qran-pri yarışlarının elçisi bildirib ki, peşəkar idmançı kimi “Formula-1”in təbliği və idmanın bu növünün yeni ölkələrə yol açması onu sevindirir. Bu zaman insanlar “Formula-1”in mahiyyətini anlaya bilirlər. O ümid edir ki, azərbaycanlılar idmanın bu növünü çox sevəcəklər. Uşaqlıqda futbolu çox sevdiyini və Zinəddin Zidana azarkeşlik etdiyini, basketbolçu Maykl Cordanın kumirləri arasında olduğunu qeyd edən idman elçisi deyib ki, uşaqlar “Formula-1”i daha çox sevirlər. Bəlkə özləri də pilot olmaq istəyirlər. Onları həvəsləndirə bilsək, bu, böyük uğur olar.



Avropa Qran-prisinin Bakının tarixi abidələrinə hər hansı təsirinin olub-olmaması barədə sualı cavablandıran F.Alonso qeyd edib ki, bu yarış heç bir problem yaratmır. Hər şey çox gözəl nizamlanır və təşkil edilir. Bütün bunlar təşkilatçıların qarşısında duran prioritet məsələlərdir.



Otuz bir ildir idmanın bu növü ilə məşğul olduğunu diqqətə çatdıran pilot deyib: “Sürəti sevirəm. Yaşadığım yerdə gələcəyin pilotlarını yetişdirmək istərdim. Bir vaxtlar mən İspaniyadan yararlandım. İndi isə istəyirəm İspaniya məndən yararlansın. Dünyada “Formula-1”in çoxlu sayda azyaşlı azarkeşləri var. Bəlkə də onların sırasından gələcəyin ən məşhur pilotları çıxacaq. Yeni mövsümdə tam başqa və güclü “McLaren Honda” görəcəksiniz. Keçən il bizim üçün çətin oldu. Son illər “Mercedes”, ondan əvvəl isə “Red Bull” komandaları uğurla çıxış edib. Ancaq biz həmişə yüksək yerlərdə və diqqət mərkəzində olmuşuq. Ümid edirəm ki, yeni mövsümdə çempion tituluna yenidən sahib olacağıq”.



Fernando Alonso “Formula-1” tarixinin ən uğurlu və məşhur pilotlarından biridir. İspaniyalı pilot iki dəfə dünya çempionu tituluna yiyələnib. O, 32 dəfə Qran-pri yarışının qalibi adına layiq görülüb və 97 dəfə podiuma çıxıb. F.Alonso bir vaxtlar İspaniyada keçirilmiş Avropa Qran-pri yarışlarının qalibi olmuş azsaylı pilotlardan biri kimi tarixə düşüb. 2012-ci ildə Valensiyada baş tutmuş sonuncu Avropa Qran-pri yarışı daxil olmaqla, məhz bu mərhələdə ümumilikdə üç dəfə birincilik qazanıb.


Teqlər:
Bu xəbər cəmi 770 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR