Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi yeni tərtibdə loqosunu təqdim edib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, XVIII əsr Bakı xalça məktəbinə aid olan “xovlu xalça” elementlərini özündə əks etdirən, qeyri-adi naxış və rəng çalarları ilə tərtib edilmiş loqo, Azərbaycanın nə qədər qədim mədəni irsə və tarixə sahib olduğunu bir daha təstiqləyir.
Yeni loqo Mədəniyyət və Turizm İdarəsinin brendi kimi qurumun fəaliyyətinə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaq.
Təqdim olunan fotolarda yeni loqonun hazırlanmasında istifadə olunmuş detal və elementlər göstərlilib.