Heydər Əliyevin qucağındakı uşaq “Qarabağ”ın futbolçusu çıxdı
“Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayevin maraqlı görüntüləri yayılıb. “Yenimeydan.info” newsport.az-a istinadən xəbər verir ki, kadrlar 1997-ci ildə çəkilib.
Videoda mərhum prezident Heydər Əliyevin qucağındakı uşağın məşhur futbolçu Qarayev olduğu məlum olub.
Xatırladaq ki, təsadüfi görüş Heydər Əliyevin Pakistan prezidenti Sərdar Əhməd Xanla qaçqınların məskunlaşdığı yataqxanaya səfəri zamanı baş tutub. Qarayev prezidentə gül aparır. Onu qucağına götürən Əliyev gələcəyin futbolçusuna uğurlar arzulayır:
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.