İstanbulun Avropa və Anadolu Yakası üçüncü dəfə birləşib.
“Yenimeydan.info” Türkiyə KİV-ə istinadən xəbər verir ki, üzərində rels sistemi olan, dünyanın ən uzun və ən geniş asma körpüsünün dünən açılış mərasimi keçirilib. Yavuz Sultan Selim körpüsünün birləşdirmə mərasimində prezident Ərdoğan və baş nazir Davudoğlu da iştirak edib.
Mütəxəssislərin sözlərinə görə, dünyada ilk dəfə bu qədər güclü kabel xətlərindən istifadə edilib. Belə ki, bütün kabel xətlərini birləşdirməli olsaq, 124 min 832 kilometr qət etmiş olarsınız ki, bu da dünyanı 3 dəfə dövrə vurmağa bərabərdir.
Qeyd edək ki, tikintisinə 2013-cü ildə başlanılan körpü 3 milyard dollara başa gəlib.




