Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda tikinti qaydaları ciddi pozulur - Toplantı

Bakıda tikinti qaydaları ciddi pozulur - Toplantı


Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Xəzər və Pirallahı rayonlarının İcra Hakimiyyətinin başçıları və müavinləri, o cümlədən həmin rayonların Baş memarlarının iştirakı ilə toplantı keçirilib.



“Qafqazinfo” xəbər verir ki, komitənin sədri Abbas Ələsgərov bildirib ki, bu toplantının keçirilməsində məqsəd Azərbaycan prezidentinin 2016-cı il 26 fevral tarixli Sərəncamının və Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının icrası ilə bağlı müzakirələr aparmaq və Komitə tərəfindən metodiki yardım göstərilməsini təmin etməkdir.



A.Ələsgərov qeyd edib ki, burada əsas məqsəd sahibkarlar üçün maneələrin aradan qaldırılmasıdır. Bu da gələcəkdə yeni iş yerlərinin yaradılması deməkdir. Sahibkarlar isə öz növbəsində şəhərsalma və tikinti normalarına riayət etməlidirlər.





Komitə sədri bu sahədə müəyyən problemlərin mövcud olduğunu bildirib: “Bunlar əsasən tikintinin sıxlığı və tikinti əmsalına riayət olunmamasıdır. Ən yüksək sıxlıq Nəsimi rayonunda müşahidə olunur. Bununla əlaqədar söküləcək ərazilərdə yaşıllıq və sosial-infrastruktur obyektlərinin yerləşdirilməsi daha məqsədəuyğundur. Planlaşdırma işləri üçün 1 hektardan 7 hektaradək ərazinin ayrılması tövsiyə olunur. Yaşayış binalarının tikinti layihələrində mənzillərin havalandırılması və işıqlandırılması qaydaları pozulur, bəzən tikilən binaların 4 divarına cəmi 1 pəncərə düşür, mərtəbələrdə mənzillərin sayı isə 8-dən çoxdur və mərtəbənin yaşayış sahəsi yol verilən normadan artıqdır. Məgər biz şəhərin mərkəzində çoxmərtəbəli yataqxanalar yaradırıq?! Bunlara daha icazə vermək olmaz”.



Komitə sədri A.Ələsgərov toplantı iştirakçılarına müraciət edərək bildirib ki, müfəssəl planların hazırlanması ilə bağlı Komitə hər cür yardım göstərməyə hazırdır. Ərazi planlaşdırma sənədlərinin hazırlanması sadələşdirilməklə onların qiymətləri əhəmiyyətli dərəcədə azaldılacaq.





Sonra ərazi planlaşdırma sənədləri, müfəssəl planlar barədə nümunələr, o cümlədən Bakı şəhəri üçün işlənilmiş ərazi planlaşdırma sənədləri barədə təqdimat nümayiş olunub və nümayiş olunan sənədlərlə bağlı geniş məlumatlar toplantı iştirakçılarının diqqətinə çatıdırlıb. Nümunə üçün şəhərin Nizami rayonunun ərazisində 5,9 hektar ərazini təşkil edən sökülməsi nəzərdə tutulan məhəllənin ərazi planlaşdırılması layihə təklifi də nümayiş olunub. Nümayiş olunan ərazi planlaşdırılması layihəsində sökülməsi nəzərdə tutulan binalar ilə yanaşı mövcud binaların perspektiv inkişafı fonunda ərazinin tikinti sıxlığı və tikinti əmsalı, mərtəbəliliyi, abadlaşdırılması və sair öz əksini tapıb.



Toplantıda çıxış edən Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və digər toplantı iştirakçıları çıxış ediblər.



 



Bakıda tikinti qaydaları ciddi pozulur  -  Toplantı


Teqlər:
Bu xəbər cəmi 1250 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR