Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlə komissiya sədri arasında mövqe davası - ÖZƏL

Nazirlə komissiya sədri arasında mövqe davası - ÖZƏL

Mikayıl Cabbarov TQDK-nın ləğv olunaraq, onun tabeçiliyinə verilməsinə çalışır 



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə hökumətdəki bəlkə də ən bəxtsiz məmur sayıla bilər. Bu qurum yarandıqdan bəri ona rəhbərlik edən sözügedən şəxsi bəxtsiz saymaqda məqsəd, onun başına gələnlərdir. 



Politika.az xəbər verir ki, əvvəllər sabiq təhsil naziri Misir Mərdanovla aralarında ciddi hüsumətin yaşanması tərəfləri mütəmadi olaraq üz-üzə qoyurdu. Hətta həmin vaxt ölkə mətbuatında bu məsələ mövqe uğrunda ciddit savaş kimi xarakterizə edilirdi. Düzdür, həmin vaxt Məleykə Abbaszadə təhsil naziri olmaq istəyirdik, bu səbəbdən də ilk «atəş» açan tərəf kimi də çıxış etməkdən çəkinmirdi. Lakin indii durum tamam fərqlidir. 



Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov bir müddət əvvəldən etibarən test üsulunun ləğvi üçün ciddi cəhdlə çalışır. Ötən gün isə mətbuata verdiyi açıqlamasında vurğulayıb ki, şagirdlərin biliklərini test üsulu ilə yoxlamaq əlverişli deyil və bu onların savadını müəyyən etməyə imkan vermir. 



Doğrusu, nazirin bu açıqlaması cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Ona görə ki, insanlar test üsulunun ləğvini qəti istəmirlər və buna qarşı olduqlarını bildirdilər. Əslində, belə açıqlamaların mütəmadi olaraq verilməsində Mikayıl Cabbarovun məqsədi Məleykə Abbaszadənin mövqelərini sarsıtmaqdır. Hakimiyyət tərəfindən aktiv qəkildə dəstəklənən xanım komissiya sədrinin bütün imkanlarını məhdudllaşdırmaq, axırda isə rəhbəri olduğu qurumu ləğv edib, onun səlahiyyətlərini ələ keçirmək təhsil nazirinin bu gün ən böyük arzularından biridir. 

Nazirlə komissiya sədri arasında mövqe davası

Politika.az xəbər verir ki, Mikayıl Cabbarovun son dövrlər keçdiyi hücumlarda uğur əldə edə bilməməsi də məhz Abbaszadənin daha tədbirli olmasına bağlıdır. Faktiki olaraq istəklərinə nail olmayan və bundan sonra da nail olacağı inandırıcı görünməyən təhsil nazirinin Məleykə Abbaszadəni sıxışdırmasının yekun nəticələri kifayət qədər ağır ola bilər. 

Nazirlə komissiya sədri arasında mövqe davası

Hadisələrin gedişatı belə deməyə əsas verir ki, tezliklə Cabbarovla Abbaszadə arasında münaqişəli vəziyyət daha da kəskinləşəcək. Birincilik uğrunda gedən mübarizədə, kimin öndə olması isə onlardan birinin vaxtında tədbir görməsinə bağlı məsələdir. Bunun Cabbarov və ya Abbaszadə olacağı isə məlum deyil.


 



 

Teqlər:
Bu xəbər cəmi 2715 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR