Dünya bazarında neftin qiyməti yenə artır.
“Qafqazinfo” investing.com-a istinadən xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiymətində 4,37% bahalaşma qeydə alınıb. Hazırda bu markalı neft 38,69 dollardan təklif edilir.
WTI markalı neftin qiymətində də artım var. Belə ki, 3,88% bahalaşma ilə WTI-nin bir barrelinin qiyməti 35,91 dollarda qərarlaşıb.
Xatırladaq ki, bu səhər Brent markalı neft 37,33, WTI isə 34,82 dollardan satılırdı.
Qeyd edək ki, sonuncu dəfə neftin 39 dollarlıq qiyməti ötən ilin dekabrında müşahidə edilib.