Rusiya Daxili İşlər Nazirliyinə məxsus vertolyot qəzaya uğrayıb.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu gün səhər havaya qalxan vertolyotla əlaqə kəsilib. Daha sonra Mi-8-in Nerli çayına yaxın ərazidə qəzaya düşdüyü məlum olub. Vertolyotda olan 4 nəfərin taleyi ilə bağlı isə məlumat yoxdur.
***
İlkin məlumata görə, qəzalı eniş edən vertolyotda olan sərnişinlərdən biri ölüb, 3-ü isə yaralıdır.