Millət vəkili Vahid Əhmədov dollarla kredit probleminin hələ də həllini tapmamasından şikayətlənib.
“Qafqazinfo” xəbər verir ki, V. Əhmədov parlamentin iclasında qeyd edib ki, dollarla kredit məsələsi çox ciddi problem olaraq qalmaqdadır: “Artıq insanlar bu problemdən beziblər. Bu məsələ birdəfəlik həll olunmalıdır. Bununla bağl dəfələlərlə biz müvafiq orqanlarla danışıqlar aparmışıq. Artıq Mərkəzi Bank, ya da hökumət məsələni həll etməlidir. İnsanları bu problemdən qurtarmaq lazımdır”.