“Barselona”nın braziliyalı ulduzu Neymar miqrantlara dəstək kampaniyasında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, o, kampaniya üçün seçilən şüarlara qatılıb.
Şüarda isə belə yazılıb: “Mən braziliyalıyam, türkəm, ispaniyalıyam, dünyalıyam və mən miqrantam”.
Ulduz futbolçu hamını bu kampaniyada iştiraka çağırıb.