Hər il 8 Mart ərəfəsində məktəblərdə şagirdlərdən pul yığmaq məsələsi gündəmə gəlir.
“Yenimeydan.info” xəbər verir ki, bayramın yaxınlaşdığı bir vaxtda Bakı şəhərində fəaliyyət göstərən 45 nömrəli məktəbdə bu ənənəyə son qoyulub.
Belə ki, müdiriyyət tərəfindən bayramla əlaqədar pul yığımının qəti qadağan edildiyi barədə elan artıq məktəbin divarında yerləşdirilib.