Prezident iki icra başçısının vəzifəsindən azad olunması ilə bağlı sərəncam verib.
"Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Akif İsmayıl oğlu Səlimov Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
***
Ölkə başçısının digər sərəncamı ilə Mahmud Nayfalı oğlu Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.