Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qohumlar doğum evini alt-üst etdilər

Qohumlar doğum evini alt-üst etdilər
Bakıdakı 3 saylı xəstəxananın doğum şöbəsində ölüm hadisəsi qeydə alınıb.


Həkimlər ana Xuraman Məmmədovanı xilas edə bilsələr də, körpə dünyasını dəyişib. Amma ananın xilası da ona baha başa oturub. Belə ki, gənc xanım ana olmaq şansını birdəfəlik itirib. Xəstənin hadisədən hiddətlənən qohumları doğum şöbəsinin altını üstünə çeviriblər.



Gecə xəstəxanaya müayinə üçün müraciət edən hamilə Xuraman Məmmədovaya həkimlər bildiriblər ki, bətnindəki körpənin ürəyi zəif döyünür, təcili olaraq anada süni doğuş həyata keçirilərək uşaq götürülməlidir. Əks halda, vəziyyət daha da ağırlaşa bilər. Razılıq əldə olunduqdan sonra həkim Pərvanə Orucova süni doğuşa hazırlıq prosesini həyata keçirsə də, bu, mümkün olmur. Xəstənin yaxınları iddia edirlər ki, iş-işdən keçəndən sonra həkim bildirib ki, xəstə əməliyyat olunub. Əməliyyat isə gənc ana üçün ağır fəsadlarla nəticələnb. Belə ki, həm ananın bətnində olan uşaq tələf olub, həm də 28 yaşlı Xuraman Məmmədova yenidən ana olmaq imkanlarından məhrum olub.



İş saatı olmağına baxmayaraq, 3 saylı şəhər xəstəxanasının doğum şöbəsinin müdiri Pərvanə Orucovanı iş yerində tapa bilmədik. Şöbənin həkim personalı da onun haqda məlumatlı olmadığını bildirdi. Xəstənin yaxınları isə deyirlər ki, hadisə baş verəndən sonra həkim işə gəlmir. Aqressiv qohumlar xəstəxananın pəncərələrini sındırıblar. Həkimin iş otağının altını üstünə çeviriblər.



Doğum şöbəsində cavab ala bilmədiyimizdən, məsələni xəstəxananın rəhbərliyindən öyrənməyə çalışdıq. Baş həkim Xəlil Məmmədov müsahibə verməsə də, şifahi olaraq bildirdi ki, baş verən hadisə ilə bağlı araşdırma aparılır. Məhkəmə-tibbi ekspertizanın rəyindən sonra həkimin günahı üzə çıxarsa, Pərvanə Orucova cəzalandırılacaq - həkim işindən kənarlaşdırılacaq. Amma bu da ana ola bilməyən Xuraman Məmmədovanın yarasına məlhəm olmayacaq. Çünki bu əməliyyatın nəticəsində gənc xanım bir daha ana ola bilməyəcək. /ANSpress/


Teqlər:
Bu xəbər cəmi 1475 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR