Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, şikayətə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılıb.
Məhkəmə iclası martın 16-na təxirə salınıb. Hakim bildirib ki, apelyasiya prosesinin ilkin baxış iclasının qərarından bir ay müddətinə kassasiya şikayəti vermə hüququ var. Buna görə də həmin müddətin başa çatmasını gözləmək lazımdır.
Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.