ABŞ prezidenti Barak Obama BMT-nin Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsinə dair qətnamə layihəsi ilə razılaşıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Ağ Evin saytında məlumat yerləşdirilib.
Obama qeyd edib ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi sərt sanksiyalar Pxenyanda kütləvi qırğın silahlarına qarşı yönəlib.