Məşhur “Forbes” jurnalı Türkiyənin ən zəngin 100 adamının adını açıqlayıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2,9 milyard dollar sərvəti ilə Murat Ülker ilk sırada yer alıb.
Siyahıda ikinci yerdə Hüsnü Özyeğin (2,6 milyard dollar), üçüncü yerdə Fərid Şahəng (2,4 milyard dollar), dördüncü yerdə isə Səmahat Arsəl (2,2 milyard dollar) qərarlaşıb.
Qeyd edək ki, builki siyahıda Koç ailəsindən də üç nəfərin adı var.