İstanbul Texnik Universitetinin Metereologiya Mühəndisliyi fakültəsinin professoru Orxan Şən 2016-cı ilin İstanbul üçün ən isti il olacağını proqnozlaşdırır.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu rekord göstərici İstanbulda 80 ildən sonra ilk dəfə müşahidə olunacaq. Mövsüm normasından 12-13 dərəcə artıq isti olacaq. 2000- ci ildə 41, 2 dərəcə istilik müşahidə olunmuşdu. Bu il isə iyun, iyul, avqust aylarında isə havanın çox isti olacağı proqnozlaşdırılır. Ölçülən temperatur 42, 43 dərəcə, hiss edilən temperatur isə 50 dərəcə olacaq. Buna səbəb isə dünyada qlobal istiləşmənin müşahidə edilməsidir.
Ümumilikdə isə temperatur yüksəkliyi Sivasdan İç Anadoluya kimi və qərb bölgələrində öz təsirini göstərəcək.