Azərbaycan ildə Gürcüstana 500 milyon kubmetrədək əlavə tədarükləri təmin edəcək.
“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə SOCAR prezidenti Rövnəq Abdullayev "Cənub Qaz Dəhlizİ"nin Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı çərçivəsində deyib. O bildirib: "Daha əvvəl "Şahdəniz"dən Gürcüstana ildə 800 milyon kubmetrədək qaz tədarük edirdik, indi bu xətt üzrə tədarükləri 1,5 milyardadək və Azərbaycanın Qazax rayonunda iki ölkəni birləşdirən boru kəməri üzrə 1,5 milyard kubmetrədək artıra bildik".
Onun sözlərinə görə, hazırda əlavə 500-700 milyon kubmetr qaz almaq ("Şahdəniz" konsorsiumundan) üçün imkanlar var: "Biz bu qazın bir hissəsini Azərbaycanda istifadə edə, digər hissəsini isə Gürcüstan və Türkiyəyə tədarük edə bilərik. Əvvəllər texniki imkanlarımız yoxu idi (Gürcüstana qaz tədarüklərini artırmaq üçün). Daha sonra isə "Şahdəniz" konsorsiumu ilə danışdıq, nəticədə qış və yay vaxtlarında tədarüklərin nisbəti 70-in 30 faizinə təşkil edəcək (əvvəllər 60-ın 40 faizə idi)".