Kreditdə olan avtomobili etibarnamə ilə satan şəxs bankların qara siyahısına düşüb. Əslində Cabbar Şükürovun başına gələn hadisə ilk deyil. Bu hallar banklarda böyük problemə çevrilib.
“Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, kreditdə olan avtomobilləri etibarnamə ilə alan şəxslər ödəniş etmədikdə, avtomobilin əsas sahibinin kredit tarixçəsi korlanır. Bəzən etibarnamə ilə maşını alanlar düşünür ki, "onsuz da avtomobil onun adına deyil, gecikmə əsas sahibinin adına yazılır".
Ekspertlərin sözlərinə görə, belə halların baş verməməsi üçün avtomobil sahibi alıcını dəqiq araşdırmalıdır.
Ekspertin dediyi kimi müştəri aylıq gəlirini göstərib avtomobili aldıqdan sonra da ödəniş etmirsə maşının əsas sahibi etibarnaməni ləğv edib avtomobili banka təhvil verə bilər. Bundan başqa kredit tarixçəsinin pozulmasında rolu olan, yəni avtomobili etibarnamə ilə alan şəxsi məhkəməyə verib dəymiş ziyanı ondan ala da bilər.
Qəsdən bu addımı atan şəxslər, digər vətəndaşın hüquqlarını pozduqlarına görə məsuliyyətə də cəlb oluna bilərlər. Kredit ödənilmədikdə, bank avtomobili satışa çıxarır. Məsələn: avtomobilin qiyməti 6 min, borc 8 min manatdırsa, bu zaman qalan məbləği banka avtomobili son alan şəxs ödəyir.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.