Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandiri, Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidov vəziyyəti ağırdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə musavat.com-a onun oğlu Şəhriyar Məcidzadə məlumat verib:
“Səhər saatlarında qəfildən halı pisləşdi, huşunu itirdi. Ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya ("Semaşko"-red.) yerləşdirmişik. Durumu son dərəcə ağırdır, reanimasiyadadır”.
Qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkir.