Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Məni nazirin birinci müavini vəzifəsinə Saleh Məmmədov dəvət etdi”

“Məni nazirin birinci müavini vəzifəsinə Saleh Məmmədov dəvət etdi”


1994-1999-cu illərdə Azərbaycanın maliyyə naziri olan Fikrət Yusifovla onun “Xatirə dəftəri”ni vərəqləyirik:



 



 



- Fikrət bəy, ömür keçir, baxmayaraq ki, yaşınız o qədər də çox deyil, amma həyat yolunuz heç də asan olmayıb. Yəqin ki, geriyə baxdığnız, keçdiyiniz ömür yoluna nəzər saldığınız anlar çox olur. Xatirinizə daha çox nə gəlir?



 



- Keçmişini unudanın gələcəyi olmur, deyirlər. Həyat göstərir ki, bu, çox doğru bir deyimdir. İnsan keçmişini unudursa, deməli, gələcəyə haradasa gözübağlı gedir. Belə gedişin də axırı bir qayda olaraq uçrumla yekunlaşır. Deyirlər, Zeynalabdin Tağıyev milyonlara sahib olduqdan sonra keçmişdə fəhlə işləyərkən geyindiyi çarıqlarını evinin girəcəyində, hər an gözə dəyə biləcək bir yerdən asdırıbmış. O, bunu onun üçün etdiribmiş ki, birdən çaşar, keçmişi yadından müvəqqəti də olsa çıxa bilər. Nə qədər böyük bir müdriklik…



 



- Bəs, sizin gözünüzün qabağından asacağınız nəsə var?



 



- Sadə müəllim ailəsində böyümüşəm, sonradan özüm də müəllim olmuşam. Gözümün qabağında həyatda hər bir məsələdə dəqiq və obyektiv, doğru və düzgün olmaq kimi dəyərləri mənə aşılayan 50 il orta məktəbdə riyaziyyat müəllimi çalışmış atamın nümunəsi var. Sonra isə məni nazir kimi yetişdirən dahi Heydər Əliyevin nümunəsi. Mən hər gün bu nümunələrə baxıb düzlənirəm.



 



- O zaman sizin “xatirə dəftəri”nizin H. Əliyevlə bağlı səhifəsini vərəqləyək;  ilk tanışlıq və onda sizə qarşı yaranmış bu etibarın mənbəyini bölüşək.



 



- Heydər Əliyev kimi bir dahinin yanında keçdiyim məktəb mənim üçün dünyanın ən mötəbər məktəbi idi. Bəzən onunla saatlarla söhbət etmək nəsibim olub. O, dahi idi. Təssüf ki, mən bu dahiliyi olduğu qədər əks etdirə biləcək sözləri nə ana dilimizdə, nə də başqa bir dildə bilirəm. Onunla bağlı xatirələrim isə bir kitaba sığışan qədərdir. Mənim Heydər Əliyevlə ilk görüşüm 1990-cı ilin sentyabrında Naxçıvanda olub. O vaxt Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim işləyirdim. Ən böyük arzularımdan biri Heydər Əliyevi görmək idi. Bu istək də həmin vaxt məni Naxçıvana apardı. Bir saata qədər söhbət zamanı mən sanki sehirli bir aləmə düşmüş kimi idim. Özü də Mən Naxçıvana 91-lərdən öncə getmişəm. Heydər Əliyev Bakıya gələndə artıq mən maliyyə nazirinin birinci müavini vəzifəsində çalışırdım.



 



- Bəs bu gedişə qədər Heydər Əliyevlə hər hansı bir ünsiyyətiniz olmuşdumu?



 



- Xeyr, bu, birinci təmasım idi o dahi insanla. Mən Naxçıvana da məhz bunun üçün getmişdim.



 



- Təyinatınızda kimin rolu olmuşdu?



 



- Təyinatımda heç kimin rolu olmadı desəm, yanılmaram. Ulu öndər məni həmin vəzifəyə təyin edəndə dedi ki, sənin yaxşı mütəxəssis, prinsipial idarəçi olmağın barədə mənə çox adam deyib, ancaq biməlisən ki, sənin təyinatında bu deyimlərin heç bir rolu yoxdur. Səni bu vəzifəyə təyin etmək barədə qərarı mən özüm qəbul etdim. Düz 8 aydır ki, necə ürəklə çalışdığını görürəm. Həmən 8 ayda mən maliyyə nazirinin birinci müavini qismində nazirin səlahiyyətlərini icra edirdim. Bu 8 ayda Heydər Əliyevin rəhbərliyi altında ölkənin bank-maliyyə sistemində bir çox ciddi məsələlər öz həllini tapmışdı.



 



- Siz nazirin birincı müavini təyin olunanda o zaman hakimiyyətdə başqa qüvvələr idi. Siz siyasi arenanıza, yoxsa maliyəçi kimi ümüd verə biləcəyinizə görə birinci müavin oldunuz?



 



- Mən heç vaxt heç bir partiyanın üzvü olmamışam, o cümlədən də Xalq Cəbhəsinin. Məni nazirin birinci müavini vəzifəsinə Cəbhə hakimiyyəti dövründə Maliyyə naziri təyin olunmuş Saleh Məmmədov dəvət etdi. Mən bu təyinata qədər 8 il Maliyyə Nazirliyinin Baş Büdcə idarəsində iqtisadçıdan şöbə müdirliyinə qədər yol keçmiş, dəfələrlə SSRİ Maliyyə Nazirliyində Azərbaycanın dövlət büdcəsinin müdafiəsində iştirak etmişdim. Həm də Moskva şəhərində Azərbaycanda yerli büdcələrin durumunu tədqiq edən namizədlik dissertasiyası müdafiə etmişdim. Bu, Azərbaycanda büdcə üzrə ilk namizədlik dissertasiyası idi. Düşünürəm ki, mənim həmən vəzifəyə dəvət olunmağım üçün bütün bunlar rol oynamışdı.



 



- Siz ümummilli liderlə heç tanış da deyildiniz. Kim vasitəçilik etdi görüşünüzə? Qəbul edilməmək qorxusu vardımı?



 



- Naxçıvanda sinif yoldaşım olan bir adamdan xahiş etdim ki, məni aparıb Heydər Əliyev qalan evi göstərsin. O vaxt Naxçıvanda onun harada yaşadığını hər kəs bilirdi. Getdik və mən qapıda bizi qarşılayan adama “Bakıdan Heydər Əliyevlə görüşmək üçün gəlmişəm, xahiş edirəm, məlumat verin” dedim. Bizi qarşılayan adam içəri daxil oldu və dərhal da çıxıb dedi ki, Əliyev dedi, gözləsin, qəbul edəcəm. Bir saatdan sonra onun görüşü başa çatdı və dərhal da məni içəri dəvət etdi.



 



- Və nə dediz? Niyə gəlmisiniz, məqsədiniz nədir?



 



- Dedim, “Sizə olan sonsuz rəğbətim məni bura gətirdi. Mənim həyatda ən böyük arzularımdan biri Sizi yaxından görmək idi, bu da baş verdi”. Mən bu şəxsiyyətin vurğunu idim və onu yaxından görmək istəyirdim. Bunu da etdim.



 



- Fikrət bəy, sizin Heydər Əliyev siyasi kursuna sədaqətli olmağınızla bağlı bir dönəm şübhələr yayıldı…



 



- Mən sona qədər Ulu Öndərin kursuna sədaqətli oldum. Onun qoyub getdiyi və bu gün də uğurla davam etdirilən həmən kursa indi də eyni qaydada sədaqətliyəm. Bunu mənim ətrafımda olan hər kəs - xüsusilə də vaxtıilə mənimlə birgə çalışmış və bu gün vəzifədə olan adamlar çox yaxşı bilirlər. Bu, bir həqiqətdir. Vəzifədən getdiyim illər ərzində dəfələrlə mətbuatdan olan müraciətlərə bir qayda olaraq “yox” cavabı vermişəm. Mən ölkənin maliyyə naziri işləmişdim. Yəqin ki, ölkədə baş verən bütün proseslərdən kifayət qədər informasiyam var idi. Bunu bilən media mənsubları bir neçə il məni təqib etdilər. Ancaq bunun heç bir nəticəsi olmadı. Hətta doktorluq dissertasiyası müdafiə etmək üçün getdiyim Sankt-Peterburq şəhərinə belə dalımca gəldilər. Onların məqsədi bəlli idi. Məndən hakimiyyətin ünvanına tənqidi fikirlər eşitmək istəyində idilər. Ancaq bu, mümkün deyildi. Mən tənqidi vəzifədə çalışanda edirdim. Hər kəsin nöqsan və çatışmazlığını açıb olduğu kimi prezidentə deyirdim. Buna görə də komandada hər kəsin məni sevə bilməsi mümkün deyildi.



 



- Belə olanda, çox maraqlı bir sual çıxır ortaya: vəzifədən niyə çıxarıldınız?



 



- Vəzifədən getməyimin səbəbi emosiyaları bir qədər cilovlaya bilməməyim və orduda Səfər Əbiyevin nazir olduğu dövrdə baş verən maliyyə pozuntularına mətbuat səhifələrində münasibət bildirməyim oldu. Bunu mətbuat səhifələrindən etmək olmazdı. O dövrdə vəsait çatışmazlığı üzündən büdcədə böyük gərginliklər var idi. Neftin bir barreli üçün qiymətlər 16-18 dollar həddində idi. Hətta bir gün bu qiymətlər 8 dollara qədər endi. Ölkənin maliyyə naziri kimi bu gərginliyin hamısını mən çiyinlərimdə daşıyırdım. Lakin bu gərginlik mənə əsas vermirdi ki, Müdafiə Nazirliyindəki maliyyə pozuntuları barəsində mətbuat səhifələrində danışım. Bax bu, səhv idi və mən onun bədəlini vəzifədən kənarlaşdırılmaqla ödədim. Dövlətin elə məsələləri var ki, dövlət məmurunun onları mətbuat səhifələrində müzakirə etməyə ixtiyarı yoxdur. 



 



- Heç olubmu ki, özünüzü nədəsə günahkar hesab edəsiz?



 



- Günahımı dedim və səmimi etiraf etdim. Səhv etmək xəyanət etmək demək deyil. İnsanıq, həyatda haradasa, nədəsə səhvlərə yol verə bilirik. Səhvsiz yalnız Allahdır. Əsas olan odur ki, etdiyin səhvi sonradan səmimi etiraf etməyi bacarasan və onu bir daha təkrarlamamaq üçün əlindən gələni edəsən…(axar.az)



 



Teqlər:
Bu xəbər cəmi 2610 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR