2015-ci ildə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda aparılan çeşidləmə zamanı müxtəlif nominalda 90 kq-dan artıq xırda pul tapılıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə fins.az “Təmiz Şəhər” ASC-nin ötən ilki fəaliyyətinə dair yaydığı hesabata istinadən xəbər verir. Məlumata görə, həmin pullar Azərbaycan Mərkəzi Bankına təhvil verilib.
Bundan başqa, çeşidləmə prosesində müxtəlif sənədlər (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və s.) də tapılıb. Onlar isə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna çatdırılıb.