“Muhteşem yüz yıl” serialında Huricihan obrazı ilə məşhurlaşan aktrisa Burcu Özberk reklam ulduzu olub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, gənc aktrisa 30 saniyəlik reklam filminə çəkildiyi üçün 300 min TL miqdarında qonorar alacaq.
Qeyd edək ki, Burcu Özberk “Güneşin kızları” serialında Nazlı obrazını canlandırır.