Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Vladimir Putinlə İlham Əliyev telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığa dair aktual məsələlər barədə, ilk növbədə əvvəl ticarət- iqtisadi sahədə əməkdaşlıq barədə fikir mübadiləsinin aparılması davam etdirilib.
Qeyd edək ki, dünən də İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.