Suriyada 5 ildən sonra ilk dəfə əldə edilən atəşkəsin reallaşmasına saatlar qalmış Rusiya hava hücumlarını artırıb. “
"Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, rus döyüş təyyarələri və Suriya ordusuna aid helikopterlər Hələbə havadan zərbələr endiriblər, 11 nəfər dünyasını dəyişib. Ölənlərdən 10-nun 1 ailənin üzvləri olduğu bildirilir.
Kreml Suriya müxalifətinə qarşı yönələn hava əməliyyatlarını təkzib edib. Prezidentin sözçüsü Dmitriy Peskov bildirib ki, rus hava qüvvələri terror təşkilatlarına qarşı əməliyatları davam etdirir:
“Anlaşma başlayandan sonra da terrorçu qruplara qarşı əməliyyatlar dayandırılmayacaq. Bu, Rusiya və ABŞ prezidentləri tərəfindən təsdiqlənən sazişin şərtlərindən biridir”.