Gürcüstana qaçaqmal yolu ilə qızıl və brilliant keçirməyə çalışan azərbaycanlı saxlanılıb.
“Qafqazinfo” gürcü KİV-ə istinadən xəbər verir ki, Gürcüstanın gömrük əməkdaşları yoxlama zamanı külli miqdarda qızıl və brilliant aşkarlayaraq götürüblər. Faktla bağlı Azərbaycan vətəndaşı olan xanım Urfat Rusalova saxlanılıb. Hazırda istintaq aparılır, Gürcüstan qanunlarına görə, həmyerlimiz 3 ildən 5 ilə kimi həbs edilə bilər.