Açıq şəkildə bəyan edirəm ki, İŞİD-ə qarşı heç bir atəşkəs olmayacaq. Onlarla mübarizəni davam etdirəcəyik.
AzVision.az `Reuters`-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama müraciətində bildirib.
O, vurğulayıb ki, Amerika “İslam dövləti” terror təşkilatı ilə dünyanın bütün ölkələrində və mümkün olan bütün vasitələrlə mübarizəni davam etdirəcək.
“Biz bundan sonra da onların harada yerləşməsindən asılı olmayaraq, hər yerdə İŞİD simasında olan təhlükəni məhv etmək üçün bütün vasitələrdən istifadə edəcəyik”, - deyə Obama vurğulayıb.
Onun sözlərinə görə, ABŞ İŞİD yaraqlılarına qarşı Suriya və İraqda hərbi əməliyyatları dayandırmaq fikrində deyil.