Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Rusiya iki pilota görə Türkiyə kimi dostunu itirdi” açıqlamasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Zaxarova “Facebook” hesabında yazıb.
“KİV Ərdoğanın sözlərini belə təqdim edir: “Təəssüf ki, Rusiya iki pilota görə Türkiyə kimi dostunu itirdi”. İndi isə sözləri daha doğru şəkildə quraq: “Rusiya Türkiyəyə görə iki pilotunu itirib”.
Xatırladaq ki, R.T.Ərdoğan fevralın 24-də açıqlama verərək bildirib ki, Rusiya da vaxtilə təyyarə vurub:
“Rusiya Türkiyənin “Su-24” döyüş təyyarəsini vurmasından istifadə edir. O, iki pilota görə Türkiyə kimi bir dostunu itirdi. Rus hökumətinin Suriya məsələsində məqsədi var. Bizim üçün isə bu məsələ ölüm-qalım məsələsidir”.